Ölü arılardan SAĞLAMLIQ CÖVHƏRİ

Ölü arılardan SAĞLAMLIQ CÖVHƏRİ
23:42 24 Aprel 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Arı məhsullarının şəfaverici gücü hamıya məlumdur. Bal, arı mumu, propolis, arı südü kimi məhsullar bizi bir çox xəstəliklərdən qoruyur, sağlamlığımızı möhkəmləndirir.

Maraqlıdır ki, hətta öldükdən sonra bu möcüzəli kiçik zəhmətkeşlər insana şəfa gətirməyə davam edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yazda arı pətəkləri qış vaxtı ölən arılardan təmizlənir. Xalq təbabətində bu ölü arılardan müxtəlif xəstəlikləri və pozulmaları müalicə edən çox faydalı dəmləmələr, məlhəmlər və cövhərlər hazırlanır.

Ölü arılardan hazırlanmış dəmləmələr damarların elastikliyini artırır, damarları təmizləyir, xolesterolun səviyyəsini və arterial təzyiqi aşağı salır. Bu vasitələr qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, varikozun inkişafından qoruyur.

Həmçinin bu vasitə oynaq xəstəlikləri zamanı çox yaxşı iltihabəleyhinə təsir edir, ağrıları azaldır. Oynaq xəstəliklərinin müalicəsində ölü arılardan hazırlanmış məlhəmlər istifadə olunur. Məlhəmi hazırlamaq üçün toz halına salınmış ölü arılar vazelinlə qarışdırılır və ağrıyan nahiyəyə çəkilir.

Ölü arılardan hazırlanmış dəmləmələr və cövhərlər immun sisteminə olduqca müsbət təsir edir, həzm sistemini möhkəmləndirir, qaraciyər üçün olduqca faydalıdır. Dəmləməni hazırlamaq üçün 1 x.q. ölü arıların üzərinə 200 ml isti su tökülür, termosda 1 saat dəmlənilir, yaxşı süzülür və gündə 3 dəfə 1 x.q. olmaqla içilir. Hazır dəmləməni soyuducuda saxlayın.

Keçmişdə ölü arılardan hazırlanmış müalicə vasitələrinin köməyi ilə prostatit və cinsi zəifliyi də müalicə olunurdu.

Nəzərə almaq lazımdır ki, bala allergiyası olan insanlar bu vasitədən istifadə etməməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/538129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR