Fransa millisinin sabiq futbolçusu Nikola Anelka "Monako"nun gənc ulduzu Kilian Mbappe haqqında fikirlərini bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "L`Equipe" nəşrinə açıqlamasında veteran hücumçu həmyerlisinə düzgün seçim etməyi məsləhət görüb.
"Mbappe dünya səviyyəli futbolçu keyfiyyətlərinə malikdir. O, karyerasını düzgün qurmalıdır. Kilian Anelka və Ronaldu arasında seçim etməlidir. Mənim yolumla getsə, ən yaxşı bombardirlərdən biri olacaq. Ronaldudan nümunə götürsə, futbol əfsanəsinə çevriləcək və adını idman tarixinə yazdıracaq".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində