"Ondan daha yaxşısı yalnız Messidir"

"Ondan daha yaxşısı yalnız Messidir"
23:52 24 Aprel 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas komanda yoldaşı Eden Hazar haqqında fikir bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı havbek onu daha "xəsis" olmağa çağırıb.

"Hazar müdrik və bacarıqlı futbolçudur. Ondan daha yaxşısı yalnız Messidir. Hazara dəfələrlə demişəm ki, hərdən eqoist olmalıdır. Belə olsa, daha çox qol vuracaq. Bəzən qapıçı ilə təkbətək çıxanda boş qapıya zərbə endirə biləcək komanda yoldaşına ötürmə verir. Ona deyirəm ki, özün vur. Eden bunu etsə, daha məhsuldar oyun göstərəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR