Qəbələyə nam salan 6 yaşlı pəhləvan - FOTO/VİDEO

Qəbələyə nam salan 6 yaşlı pəhləvan - FOTO/VİDEO
23:53 24 Aprel 2017
207 Digər
Ölkə mətbuatı
A- A+

O, sındırılmış şüşələrin üstündə ayaqyalın gəzir, qarnı üstündə çəkiclə çay daşı sındırırlar.
Publika.az xəbər verir ki, 6 yaşlı Fateh bu bacarığı ilə Qəbələyə nam salıb. Kiçik pəhləvan bir ildir ki, idmanın cüdo növü ilə məşğul olur.


Bu yaxınlarda Gəncədə keçirilən zona yarışında ikinci yeri tutaraq gümüş medal qazanan Fatehin ən böyük arzusu tanınmış pəhləvan və cüdo üzrə mütəxəssis olmaqdır.


Məşqçinin sözlərinə görə, Fateh həmyaşıdlarından fərqli olaraq çox cəld və bacarıqlıdır, o hər şeyi tez öyrənir. Bu uşağın qorxu bilməməsi həm də onun digər bir istedadını, pəhləvanlıq bacarığını üzə çıxarıb.

Fatehin atası və əmisi də idmançıdır. Onun pəhləvan kimi yetişməsində isə atasının böyük rolu var. Ümid edirik ki, müntəzəm məşqlər edən Fateh tezliklə daha böyük məkanlarda pəhləvan kimi öz məharətini göstərə biləcək. (ARB Şəki)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/196321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR