Abşeron rayonunda “KamAZ”-la “Opel” toqquşdu: 2 yaralı

Abşeron rayonunda “KamAZ”-la “Opel” toqquşdu: 2 yaralı
00:19 25 Aprel 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, yol qəzası Masazır dairəsində qeydə alınıb.

 

Dairədə “KamAZ” markalı yük maşını ilə “Opel” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Opel”də olan iki nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

 

İlkin ehtimala görə, qəzaya “KamAZ” markalı avtomobilin sürücüsünün dairəvi hərəkət qaydalarını pozması və “Opel”ə yol verməməsi səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR