ABŞ Suriyaya qarşı sanksiyaları artırır -

ABŞ İdlib vilayətinin Xan Şeyhun şəhərində baş verən kimyəvi qətliamla əlaqədar olaraq Suriyaya qarşı sanksiyaları artırıb.

Metbuat.az "Reuters"ə istinadən bildirir ki, Bəşər Əsəd qüvvələrinə kimyəvi silahlardan istifadə etməkdə yardımçı olan elmi-araşdırmalar mərkəzinə qarşı xüsusi sanksiyalar tətbiq olunacaq. Qurumun ümumilikdə 271 əməkdaşının adı siyahıda yer alıb.

ABŞ Maliyyə Nazirliyi məlumatı təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR