Azərbaycanlı "Eurovision" fanları İtaliya dedi -

"Eurovision" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi fan-klubu səsvermə keçirib.

Metbuat.az bildirir ki, səsvermənin nəticələrinə əsasən, azərbaycanlı "Eurovision" fanları ən yüksək balı (12) İtaliya təmsilçisi Françesko Qabbaniyə veriblər. İkinci pillədə isveçli Robin Benqtsson (10 bal) qərarlaşıb. Fransa təmsilçisi Aima isə 8 bala layiq görülüb.

Digər yerlər xal hesabına görə çoxdan aza doğru belə sıralanıb: Avstraliya, Belçika, Estoniya, Makedoniya, Bolqarıstan, İsveçrə, Danimarka.

Bu il "Eurovision" 9, 11 və 13 may tarixlərində Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Azərbaycanı müsabiqədə Diana Hacıyeva təmsil edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR