"Çelsi" "Mançester Yunayted"in transfer hədəfinə elçi düşüb -

"İnter"in yarımmüdafiəçisi İvan Perişiç "Çelsi"nin "radarına" düşüb.

Metbuat.az-ın məlumatına görə, "zadəganlar" xorvatiyalı futbolçunun transferinə görə 65 milyon avrodan keçməyə hazırdır.

Qeyd edək ki, "Çelsi" ilə yanaşı, "Mançester Yunayted" də Perişiçin keçidində maraqlıdır. "Qırmızı şeytanlar" 28 yaşlı oyunçunun müqabilində klubuna 51 milyon avro təklif etmək niyyətindədir.

Perişiçin "İnter"lə olan müqaviləsi 2020-ci ildə bitir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR