Türkiyə Trampın “soyqırım” bəyanatına cavab verdi

Türkiyə Trampın “soyqırım” bəyanatına cavab verdi
01:49 25 Aprel 2017
127 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın qondarma “erməni soyqırımı”ı ilə bağlı bəyanatı dezinformasiyaya arxalanıb.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər nazirliyinin bəyanatında deyilir.

 

“Hesab edirik ki, prezident Trampın yazılı bəyanatında yer alan dezinformasiya və uydurma anlayışlar illərlə erməni dairələrinin təbliğat metodlarının yaydıqları yalan məlumatların nəticəsidir.  Biz gözləyirik ki, ABŞ-ın yeni administrasiyası nifrət yaymağa meylli  dairələrin tarixi birtərəfli qaydada izah etməsinin tərəfdarı olmayacaq və bütün tərəflərin kədərini nəzərə alan yanaşmanı üstün tutacaq”, məlumatda deyilir.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qondarma “erməni soyqırımı”nı “böyük fəlakət” adlandırıb.

 

Xatırladaq ki, Osmanlı İmperiyasında soyqırıma məruz qaldıqlarını iddia edən dünya erməniləri hər il aprelin 24-də  “soyqırım”ın ildönümünü qeyd edirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR