Almatıda metroda bomba həyəcanı

Almatıda metroda bomba həyəcanı
03:49 25 Aprel 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın Almatı şəhərində metroda bomba qoyulması barədə məlumat təsdiqlənməyib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almatı Daxili işlər departamentinin nümayəndəsi Səltanət Azirbek bildirib.

 

Ötən axşam Almatı metropolitenində sərnişinlər təxliyə edilib. Buna səbəb stansiyaların birində bomba qoyulması barədə məlumatın daxil olması olub. Yoxlama nəticəsində metroda bomba olması xəbəri təsdiqini tapmayıb.

 

“Hazırda Almatı metropoliteni ştat rejimində işləyir”, deyə S.Azirbek vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR