Xiaomi Mi Mix 2gəlir

Xiaomi Mi Mix 2gəlir
08:42 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Çərçivəsiz dizaynıyla ötən il böyük səs gətirən Xiaomi Mi Mix-in yenisi Xiaomi Mi Mix 2 haqqında yeni məlumatlar ortaya çıxdı. Telefonun təchizatı canavar kimi olacaq.

Ötən il satışa çıxan və xüsusilə çərçivəsiz dizaynıyla böyük maraqa səbəb olan Xiaomi Mi Mix yenilənir.

Milli.Az technote.az-a istinadən bildirir ki, Xiaomi Mi Mix 2 adıyla satışa təqdim ediləcək model, GearBest'də ortaya çıxdı və xüsusilə texniki xüsusiyyətləri ilə bir xeyli diqqət cəlb edicidir.

Telefon gücünü Snapdragon 835 prosessorundan alacaq. Digər texniki xüsusiyyətləri isə telefonun versiyasına görə dəyişəcək.
Üç fərqli versiyası olacaq olan Mi Mix 2-nin bir modelində 4 GB RAM + 128 GB yaddaş sahəsi, digər bir modelində 6 GB RAM + 128 GB yaddaş sahəsi yer alacaq, ən üst səviyyə modeldə isə 8 GB RAM və 256 GB daxili yaddaş sahəsi təqdim edəcək.

6.4 düym ölçülü ekranda 1440 x 2540 keyfiyyətində AMOLED panel təqdim edəcək olan cihaz, 19 MP ana kamera ilə birlikdə 13 MP-lik selfie kamerası təmin edəcək. Əlavə olaraq MIUI 9 üzərində çalışan Android 7.1 Nougat əməliyyat sisteminin olacağını da qeyd etmək lazımdır.

Təbii ki hələlik bütün bu ortaya çıxan məlumatlar bir iddiadan ibarətdir. Telefonun rəsmi təqdimatı nə zaman olacaq və bu məlumatların nə qədərinin öz təsdiqini tapacağını izləyib görəcəyik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/537972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR