Türkiyə Super Liqasında XXVIII tura start verilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Karabükspor" "Kasımpaşa"yla qolsuz bərabərə qalıb, "Konyaspor" isə evdə "Qaziantepspor"a uduzub - 1:2.
Turun ən çox maraqla gözlənilən matçı bazar günü keçirilib. Əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbağça" İstanbul derbisində güclərini sınayıblar. Oyunun taleyini bir qol həll edib. "Fənərbağça" qalib gəlib.
Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" bazar günü "Akhisar"ın qonağı olub. "Yaşıl timsahlar" darmadağına üzülüblər.
Lider "Beşiktaş" bazar ertəsi meydana çıxıb. "Qara qartallar" autsayder "Adanaspor"u qəbul edib. Qarşılıqlı qol dueli şəklində keçən oyunda meydan sahibləri qələbə qazanıblar - 3:2.
Türkiyə Super Liqası
XXVIII tur
21 aprel
"Karabükspor" - "Kasımpaşa" - 0:0
"Konyaspor" - "Qaziantepspor" - 1:2
Qollar: Vukoviç, 45 (pen.) - Kanqva, 28, Muhammet Demir, 53.
22 aprel
"Rizəspor" - "Başakşəhər" - 3:3
Qollar: Koç, 42, Kaysara, 60 (öz qapısına), Özügr Cek, 90+4 (pen.) - Alparslan Erdem, 15, Mustafa, 71, Emre, 90+1 (pen.)
"Alanyaspor" - "Osmanlıspor" - 0:1
Qol: Vebo, 69
"Antalyaspor" - "Trabzonspor" - 0:3
Qollar: Rodalleqa, 51, 65, Uğur Dəmirok, 55
"Gənclərbirliyi" - "Kayserispor" - 2:1
Qollar: Serdar Gürlər, 23, 33 - Dəniz Turuc, 37 (pen.)
23 aprel
"Akhisar" - "Bursaspor" - 5:1
Qollar: Olcan, 14, 77, Yumlu, 21, Çikalleşi, 24, Vaz Te, 28 - Battala, 13
"Qalatasaray" - "Fənərbağça" - 0:1
Qol: Souza, 90+1
24 aprel
"Beşiktaş" - "Adanaspor" - 3:2
Qollar: Abubakar, 11, Talişka, 52, Tosiç, 80 - Roni, 24, Queye, 66
1. |
Beşiktaş |
28 |
19 |
7 |
2 |
57:25 |
64 |
2. |
Başakşehər |
28 |
16 |
9 |
3 |
54:25 |
57 |
3. |
Fənərbağça |
28 |
15 |
8 |
5 |
51:26 |
53 |
4. |
Qalatasaray |
28 |
15 |
4 |
9 |
50:33 |
49 |
5. |
Trabzonspor |
28 |
14 |
5 |
9 |
34:27 |
47 |
6. |
Antalyaspor |
28 |
12 |
7 |
9 |
32:35 |
43 |
7. |
Gənclərbirliyi |
28 |
10 |
9 |
9 |
28:28 |
39 |
8. |
Konyaspor |
28 |
10 |
9 |
9 |
33:35 |
39 |
9. |
Osmanlıspor |
28 |
9 |
10 |
9 |
36:32 |
37 |
10. |
Kasımpaşa |
28 |
10 |
7 |
11 |
38:37 |
37 |
11. |
Karabükspor |
28 |
10 |
5 |
13 |
30:37 |
35 |
12. |
Bursaspor |
28 |
10 |
5 |
13 |
30:40 |
35 |
13. |
Alanyaspor |
28 |
10 |
4 |
14 |
45:51 |
34 |
14. |
Akhisar |
28 |
9 |
6 |
13 |
26:39 |
33 |
15. |
Kayserispor |
28 |
7 |
6 |
15 |
36:51 |
27 |
16. |
Qaziantepspor |
28 |
7 |
4 |
17 |
28:47 |
25 |
17. |
Rizespor |
28 |
6 |
6 |
16 |
30:46 |
24 |
18. |
Adanaspor |
28 |
5 |
5 |
18 |
26:50 |
20 |
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində