İTV-nin yeni baş direktoru bu gün bilinəcək

İTV-nin yeni baş direktoru bu gün bilinəcək
09:12 25 Aprel 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə yeni seçiləcək şəxs öz vəzifəsinin icrasına seçkilərin nəticəsi bəlli olduqdan sonra başlaya bilər.

Milli.Az xəbər verir ki, bunu Trend-ə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov deyib.

Onun sözlərinə görə, baş direktor İTV-nin Yayım Şurasının bu gün keçiriləcək iclasında seçiləcək. Baş direktor vəzifəsinə namizəd Yayım Şurasının 9 üzvü tərəfindən keçiriləcək gizli səsvermə yolu ilə müəyyən olunacaq. Seçkinin nəticəsi iclasda dərhal açıqlanacaq: "Nəticə bilindikdən sonra seçilən şəxs artıq qanuni olaraq, İTV-nin baş direktoru sayılacaq".

Qeyd edək ki, İTV-nin sonuncu baş direktoru Cəmil Quliyevdir. Onun səlahiyyət müddəti aprelin 23-də başa çatıb.

İTV-nin baş direktoru vəzifəsinə 5 iddiaçı var. Həmin şəxslər Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğluAğayeva Afaq Ağaibrahim qızıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR