Başqasının mənzilinə "qapını döymədən" girməyin - 2 min manat cərimə

Başqasının mənzilinə "qapını döymədən" girməyin - 2 min manat cərimə
09:22 25 Aprel 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda mənzil toxunulmazlığının pozulmasına görə cərimələrin məbləği artırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihəyə görə, qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmaya görə cərimələrin miqdarı 1000 manatdan 2000 manatadək artırılır. Hazırda isə bu cərimələrin məbləği 100 manatdan 500 manatadəkdir.

Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozmaya görə 100 manatdan 500 manatadək olan cərimələrin də məbləği 1000 manatdan 2000 manatadək artırılır.

Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR