Suriya ilə bağlı ekspert görüşünün tarixi açıqlandı

Suriya ilə bağlı ekspert görüşünün tarixi açıqlandı
09:23 25 Aprel 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya mövzusunda aparılan danışıqların ekspert görüşü Astanada mayın 2-də keçiriləcək.

Publika.az xəbər verir ki, Qazaxıstanın Xarici İşlər Nazirinin müavini Muxtar Tleuberdinin sözlərinə görə, o gün Suriya münaqişəsi ilə bağlı bütün nüanslar müzakirə ediləcək: "Mayın 2-də Astanada keçiriləcək ekspert görüşündə biz bütün tərəfləri gözləyirik: ölkələri, Suriya hökumətini və silahlı müxalifəti".

Xatırladaq ki, Suriya mövzusu üzrə yüksək səviyyəli beynəlxalq görüşün 4-cü mərhələsi Astanada mayın 3-4-nə planlaşdırılıb. Ən son belə danışıqlar martın 14-15-də keçirilmişdi. Görüşdə Rusiya, Türkiyə, İran, həmçinin BMT-nin, İordaniyanın, ABŞ-ın və Suriya hökumətinin nümayəndələri iştirak edib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR