"Qəbələ" "Dinamo"nu məğlub etdi

"Qəbələ" "Dinamo"nu məğlub etdi
09:27 25 Aprel 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Daraseliya turnirində növbəti oyunlar keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulub.

"Qırmızı-qaralar"ın rəqibi Xorvatiyanın "Dinamo" klubu olub. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komandamız Zaqreb təmsilçisi ilə görüşdə 1:0 hesabı ilə qalib gəlib. "Qəbələ"nin heyətində Samir Qurbanov fərqlənib.
 
Sabah turnirdə son oyunlar keçiriləcək. "Qırmızı-qaralar" 5-ci yer uğrunda matçda Türkiyənin "Trabzonspor" komandası ilə görüşəcək.
 
Yarışın qalibi isə "Alkmaar" (Hollandiya) - "Dinamo" (Kiyev, Ukrayna) matçında müəyyənləşəcək.
 
"Gent"lə (Belçika) "İnter" (İtaliya) 3-cü, Tiflis və Zaqrebi təmsil edən "Dinamo" komandaları isə 7-ci yer uğrunda matçda üz-üzə gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR