Ən "qırmızı" oyunçu - Serxio Ramos

Ən "qırmızı" oyunçu - Serxio Ramos
09:32 25 Aprel 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın müdafiəçisi Serxio Ramos antirekorda imza atıb. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Barselona" ilə oyunda meydandan qovulan futbolçu karyerasında 22-ci dəfə "qırmızı" ilə cəzalandırılıb.

Bu isə ispan klublarında çıxış edən futbolçular üçün rekorddur. Ramosa qədər ən çox meydandan qovulan futbolçu "Saraqosa"nın müdafiəçisi Xavi Aquado olub - 21 dəfə.

Qeyd edək ki, Ramos 17 dəfə La Liqada, 2 dəfə İspaniya kubokunda, 3 dəfə isə avrokuboklarda meydandan uzaqlaşdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR