İntihar edən futbolçunun sevgilisindən təsirli mesaj - FOTO

İntihar edən futbolçunun sevgilisindən təsirli mesaj - FOTO
09:37 25 Aprel 2017
113 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqa klublarından "Qaziantepspor"un futbolçusu Frantişek Rajtoral intihar edib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Çexiya millisinin də formasını geyinən futbolçu Qaziantepdə qaldığı evdə özünü tavandan asıb.

Çexiyalının sürpriz ölümünün təfərrüatları üzə çıxıb.  

Raytoralın məşqə gəlmədiyini görən "Qaziantepspor"un futbolçuları bundan şübhələnərək, klub rəhbərliyinə məlumat veriblər. Rəhbərlik isə dərhal polisə müraciət edib. Nəticədə polis "Qaziantepspor"un üzvləri ilə birlikdə futbolçunun evinə yollanıb. Evə girdikdə isə asayiş keşikçiləri Raytoralın cəsədi ilə qarşılaşıblar. Şoka düşən "Qaziantepspor"un futbolçuları göz yaşlarına saxlaya bilməyiblər. 

Özünü tavandan asan Raytoralın Qaziantepdə yalnız qaldığı evində çex dilində yazı aşkar olunub. Polisin tapdığı həmin yazı dərhal türk dilinə tərcümə edilib. Nəticədə 31 yaşlı futbolçunun borcları ilə əlaqədar, intihara əl atdığı ehtimalı yaranıb. Belə ki, yazı Raytoralın alacağı və verəcəyi borcların siyahısından ibarət olub.

Polis Raytoralın sevdiyi qızdan ayrıldığı üçün belə addım atması ilə bağlı yayılan digər variantı da araşdırmağa başlayıb. Bununla bağlı, hələ ki, hansısa nəticə əldə edilməyib. Futbolçunun ölüm saatı isə meyitinin yarılmasından sonra müəyyənləşəcək.

Çexiya mətbuatında isə 2012-2014-cü illərdə millidə 14 oyun keçirmiş futbolçunun ölkəsində olduğu dövrdə "xroniki yorğunluq" və "tükənmişlik sindromu"na görə müalicə aldığı yazılıb.

Qeyd edək ki, Frantsek Raytoral "Qaziantepspor"a ötən il "Viktoriya"dan transfer olunmuşdu. O, Çempionlar Liqasının 2016/17 mövsümünün III təsnifat mərhələsində "Qarabağ"la hər iki matçda (0:0, 1:1) ehtiyatda olub.

Futbolçunun keçmiş sevgilisi Petra Hruzkova onun ölümündən sonra birlikdə çəkilən şəkillərini paylaşaraq "səni əsla unutmayacağam" yazıb.

Milli.Az fotoları təqdim edir:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR