Ərdoğanın AKP-yə sədr seçiləcəyi vaxt açıqlandı

Ərdoğanın AKP-yə sədr seçiləcəyi vaxt açıqlandı
09:53 25 Aprel 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 27-də keçiriləcək hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayında partiyanın sədri seçiləcək.

Publika.az xəbər verir ki, bu barədə AKP-yə yaxın olan “Sabah” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, prezident Rəcəb Tayyib Ərdoğanın 16 apreldə keçirilən və Türkiyənin Yüksək Seçki Məclisinin elan etdiyi referendumun yekun nəticələrinin rəsmi mətbuatda dərc olunmasından sonra partiyaya sədr seçilməsi gözlənilir:

“Fövqəladə qurultay mayın 20-si və ya 21-də də keçirilə bilər”.

Xatırladaq ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım arasında keçirilən görüşdə də bu məsələ gündəmə gətirilib. Həmin görüşdə Binəli Yıldırım prezident Ərdoğana “nə zaman istəsəniz, AKP sədrliyi vəzifəsindən getməyə hazıram” deyib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR