Yıldırım: "Avropa Türkiyəni İttifaqda üzv istəyib-istəməməsini konkretləşdirsin"

Yıldırım: "Avropa Türkiyəni İttifaqda üzv istəyib-istəməməsini konkretləşdirsin"
10:17 25 Aprel 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Ankara Brüsseli Türkiyəni Avropa İttifaqında üzv görmək istəyib-istəməməsi barədə qəti qərarını verməyə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım "Bloomberg" telekanalına müsahibəsində deyib.

Baş nazir bildirib: "Biz Avropa İttifaqını bizim qurumda mümkün üzvlüyümüzlə bağlı məsələdə dürüst olmağa çağırırıq. İlk əvvəl onlar özləri üçün aydınlaşdırmalıdırlar ki, bizi bu İttifaqda görmək istəyirlər, ya yox? Əvvəl onlar özləri bu qərarı həll etsinlər, sonra biz bu məsələyə baxarıq".

B.Yıldırım bildirib ki, Avropa miqrantlarla bağlı Türkiyəyə vəd olunan maliyyə dəstəyi məsələsində də vədinə əməl etmir: "Bizə vəd olunan 3 milyard avronun yerinə 790 milyon avro verilib. Viza məsələsinin sadələşdirilməsi istiqamətində də irəliləyiş yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR