Dəhşətli QƏZA: 27 nəfər öldü

Dəhşətli QƏZA: 27 nəfər öldü
10:22 25 Aprel 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Keniyada avtobus ilə yük maşınının toqquşması nəticəsində azı 27 nəfər ölüb.

Milli.Az APA-ya stinadən xəbər verir ki, qəza ötən gecə ölkənin iki böyük şəhəri, Nayrobi və Mombasunu birləşdirən yolda baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, avtobus Mombasu istiqamətində hərəkət edib. Yük maşını isə qarşı tərəfdən gəlib. 

Qeyd edək ki, Keniyada yol-nəqliyyat hadisələri zamanı hər il üç minədək insan ölür. Qəzaların əsas səbəbi sürücülərin yollarda təhlükəli manevrlər etmələri göstərilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR