Neft bahalaşır

Neft bahalaşır
10:27 25 Aprel 2017
188 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neft bahalaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,49% artaraq 49,47 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar və ya 0,47% artaraq 51,84 dollar olub.
 
Neftin bahalaşmasına səbəb investorlar tərəfindən korreksiya əməliyyatlarının aparılmasıdır. Ötən gün investorlar bazarda disbalansın olmasından narahatlığını ifadə edib və bu amil "qara qızıl"ı ucuzlaşdırıb. Belə ki, investorlar ABŞ-da hasilatın artmasından hələ də nigarandır. Ötən həftə ABŞ-ın Energetika Nazirliyi bəyan edib ki, aprelin 14-dən etibarən 1 həftə ərzində sutkalıq hasilat 0,18% artaraq 9,252 mln. barel təşkil edib.
 
"Schork Group Inc" şirkətinin analitiki Stefen Şork (Stephen Schork) bildirib ki, bazarı balanslaşdırmağa çalışan OPEC-in cəhdləri fiaskoya uğrayıb. Onun sözlərinə görə, hasilat azalsa da, neft ehtiyatları rekord səviyyədədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR