​ABŞ-ın atom sualtı qayıqları Şimali Koreyaya çatdı

Şimali Koreya və ABŞ arasında uzun müddətdir davam edən gərginlik yeni bir mərhələyə daxil olub.

Metbuat.az bildirir ki, ABŞ-ın atom sualtı qayıqları Şimali Koreya sərhədinə çatıb. Atom sualtı qayığı özündə 154 Tomaqavk raketini və 60 nəfər xüsusitəyinatlı dəstəni ehtiva edir.

Qeyd edək ki, ABŞ-ın Şİmali Koreya sahillərinə göndərdiyi “USS Carl Vinson” və digər hərbi gəmiləri qısa müddət ərzində bölgəyə çatacaq.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR