Hollivud ulduzu oğrunu tutdu: "Məndən qaça bilməz" - FOTO

Hollivud ulduzu oğrunu tutdu: "Məndən qaça bilməz" - FOTO
10:32 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

O, əlimdən qurtulacağını, cinayəti törədib aradan çıxacağını düşünürdü. Yanılıb.

Məşhur britaniyalı aktyor, Hollivud ulduzu Tom Hardi dünən Londonda oğrunu yaxalayıb.

Milli.Az The Guardian-a istinadən bildirir ki, 39 yaşlı aktyor Londonun cənub-qərbində, Riçmonda bir şəxsin yol kənarındakı mopedi oğurlayaraq aradan çıxmaq istədiyini görüb.

Hardi Çörç-roud və Şin-roud küçələrinin kəsişməsində oğrunun dalınca düşüb və üç məhəllə qaçandan sqnra bu şəxsi tutub.

Şahidlərin dediklərinə görə, sanki Hollivud superfilmini izləyirdilər: "Tom oğrunun dalınca sürətlə qaçırdı. O, filmlərindəki qəhrəmanlarına bənzəyirdi".

"Taboo", "The Revenant", "Mad Max" və "Legend" filmlərinin qəhrəmanının bu "macəra"sını görənlərdən biri də 22 yaşlı Arun Pullen idi.

"Tom, sanki, mental davranmağa başladı və özünü savaş filmlərindəki qəhrəmanları kimi hiss etdi. Düşünürəm ki, o, polis gələnədək oğrunun sənədlərini də yoxlayıb", - Pullen deyib.

Tom Hardi isə olayı gülərək şərh edib: "Məndən qaça bilməz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR