Türkiyə qırıcıları İraq və Suriyada əməliyyat keçirdi

Türkiyə qırıcıları İraq və Suriyada əməliyyat keçirdi
10:52 25 Aprel 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri İraqın Sincar dağı bölgəsində və Suriyanın şimal-şərqində hava əməliyyatları keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyatlar zamanı qırıcılar tərəfindən PKK terror təşkilatının bütün mövqelərinin vurulduğu bildirilir.

Baş Qərargahın məlumatında deyilir ki, Suriyanın və İraqın şimali Türkiyəyə terrorçu, silah-sursat, partlayıcı maddələr keçirmək məqsədilə son vaxtlarda ən çox istifadə edilən ərazilərdir.

Qeyd olunur ki, əməliyyatlar sonuncu terrorçu zərəsizləşdirilənə qədər davam etdiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR