Avropanın ən yaxşısı müəyyənləşdi

Avropanın ən yaxşısı müəyyənləşdi
11:05 25 Aprel 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Gənclər Liqasının qalibi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın ən yaxşısı İsveçrənin Nyon şəhərindəki final matçında bəlli olub.

Avstriyanın "Zalsburq" klubu Portuqaliya "Benfika"sı ilə qarşılaşmada 2:1 hesablı qələbə qazanıb. Pireneylilər 29-cu dəqiqədə Joze Qomeşin qolu ilə önə keçsə də, zalsburqlular əzmkar qələbə əldə edib. Meydana sonradan çıxanlardan Daka Patson 72-ci, Aleksander Şmidt 76-cı dəqiqədə fərqlənib. Yarışın 3-cüsü adına isə yarımfinalda uduzan İspaniya nəhəngləri "Real"la "Barselona" layiq görülüb.
 
Qeyd edək ki, 2013/14 mövsümündən keçirilən yarışın ilk qalibi "Barselona" olub. Sonrakı iki mövsümdə isə İngiltərə "Çelsi"si kuboku başı üzərinə qaldırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR