Azərbaycanda şagird özünü asdı

Azərbaycanda şagird özünü asdı
11:17 25 Aprel 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda intihara cəhd hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Cardam kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Salehov Tunar Bayram oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Valideynləri hadisədən tez xəbər tutduqları üçün onu xilas edə biliblər.

Tunar Salehov ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cardam kənd orta məktəbin 10-cu sinif şagirdi olan T.Salehovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR