Bahalı maşının açarını tapan uşağa möhtəşəm hədiyyə

Bahalı maşının açarını tapan uşağa möhtəşəm hədiyyə
11:27 25 Aprel 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Yaxşılıq etmək - bu həmişə asan deyil. Yəqin, buna görə dünyada çox insan şərə-pisliyə üstünlük verir. Çoxları var qüvvəsilə çalışırlar və irəli çıxırlar. Yalnız dürüstlüyün köməyi ilə! Bu təqdim edəcəyimiz hadisə bunu sübut edir.

Milli.Az saqlamheyat.az-a istinadən xəbər verir ki, Niki Cem Puerto-Rika müğənnisidir. İndi o, öz karyerasının pikindədir. Amma bu "pillə"yə sahib olmaq ona birinci cəhddən baş tutmamışdı. Bu gün müğənninin Hollivud xiyabanında şəxsi ulduzu var.

Miladda ən ümdə xəyalı həyata keçdi - ona "Lamborghini Huracan"ı hədiyyə etdilər. Müğənni sosial şəbəkələrdə maşınla özünü reklam etdi və pərəstişkarlarına da təşəkkür etməyi unutmadı. Amma sevinci qəflətən söndu: Nik avtomobilin açarlarını itirdi. O kömək üçün sosial şəbəkədə müraciət etdi.

Sizcə, kim ona axtarışlarda kömək etdi? Təvazökar ailədən balaca oğlan. O, bir saniyə tərəddüd etmədən müğənniyə öz tapıntısını qaytardı. Müğənni çox minnətdar idi. Buna görə o minnətdarlıq olaraq oğlanın ailəsinə "Jeep"in pikapını hədiyyə etdi.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR