Ağır yol qəzasına düşən azərbaycanlı məşhurlarla bağlı məlumat

Hər gün ölkəmizdə və dünyada yol qəzaları baş verir. Bu qəzalarda bir çox insan ölür, və ya ağır yaralanır.

Metbuat.az xəbər verir ki, Azərbaycanda baş verən yol qəzalarında bir çox məşhurlar da həyatını itirib. Onlardan bəziləri haqda məlumatları təqdim edirik:

Milli Məclisin deputatı Hikmət Atayev - Millət vəkili 2013-cü ildə baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişib. O, oğlunu qarşılamaq üçün Gürcüstan-Azərbaycan sərhədinə dorğu yola çıxıb. Lakin İdarə etdiyi maşın başqa bir avtomobillə toqquşub və millət vəkili hadisə yerində həlak olub.

Reper Hüseyn Dərya - Onun idarə etdiyi "Opel Astra" markalı avtomobil bakıda yük avtomobili ilə toqquşub. Reperi xəstəxanaya çatdırmaq mümkün olsa da, bir neçə gün sonra dünyasını dəyişib.

Meyxanaçı Nizami Rəmzi - O, dostu Kəbir Azəri ilə birgə yol qəzasına düşüb. Hər ikisi hadisə yerinə dünyasını dəyişib.

Tanınmış idmançı Ruslan Vəlizadə - Muay-tay və uşu-sanda üzrə dəfələrlə respublika çempionu, dünya çempionatının mükafatçısı olmuş idmançımız sərnişin kimi mindiyi avtomobilin qəzaya uğrması nəticəsində həyatını itirb.

Müğənni Rəcəb Musayev - İdarə etdiyi "Mercedes" markalı avtomobil yol aşıb. Nəticədə "Yeni Ulduz" müsabiqəsinin qalibini xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Müğənni Şəfa Hüseynova - O, 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində vəfat edib.

Oral Mədənçi / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR