Ziyafət Əsgərov: "Azərbaycanda həyata keçirilən islahatların mərkəzində insan amili dayanır"

Ziyafət Əsgərov: "Azərbaycanda həyata keçirilən islahatların mərkəzində insan amili dayanır"
11:42 25 Aprel 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda həyata keçirilən islahatların mərkəzində insan amili dayanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 48-ci iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda 500-ə yaxın tibb müəssisəsi tikilib və təmir edilib.

Z.Əsgərov qeyd edib ki, Azərbaycanda səhiyyə sahəsində ən son texnologiyalar və müasir avadanlıqlardan istifadə olunur və bunun nəticəsində ana və uşaq ölümləri əhəmiyyətli şəkildə azalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR