Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın iki əsas düşərgəsini məhv edib

Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın iki əsas düşərgəsini məhv edib
11:42 25 Aprel 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri İraqın Sincar dağı və Suriyanın şimal-şərqində havadan antiterror əməliyyatı keçirib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
İraqın şimalında yerləşən Sincar dağı və Suriyanın şimal-şərqindəki Karaçok dağında terrorçu PKK qruplaşmasının düşərgələri dağıdılıb.
Həmin bölgələrdən Türkiyəyə terrorçular, silah-sursat ötürülürmüş.
Məlumata görə, əməliyyat aprelin 25-də Bakı vaxtı ilə səhər sat 04:00-da başlayıb. 






Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-silahli-quvveleri-terrorcu-pkk-nin-iki-esas-dusergesini-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR