"BİST 100" indeksi rekord həddə çatıb

"BİST 100" indeksi rekord həddə çatıb
11:42 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ "Borsa İstanbul"un (İstanbul fond birjası) əsas göstəricisi sayılan "BİST 100" indeksi dünən, aprelin 24-də 93 803 bəndə yüksələrək tarixi rekord səviyyəyə çatıb. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, bundan əvvəlki rekord 2013-cü il mayın 22-də (93 398 bənd) qeydə alınıb.
"Report" xəbər verir ki, "BİST 100" indeksində rekord səviyyənin qeydə alınmasına səbəb Fransada keçirilən prezident seçkilərinin ilk turunun maliyyə bazarları üçün arzuolunan nəticələnməsi olub. Qeyd edək ki, seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra dünya birjalarında kəskin artım baş verib.
Maliyyə bazarlarında müsbət ab-hava Türkiyədə dolların məzənnəsinə də təsir edib. Xatırladaq ki, dolların məzənnəsi aprelin 16-da Türkiyədə keçirilən referendumdan sonra düşməyə başlayıb və bu proses dünən daha da sürətlənib. Belə ki, aprelin 17-də 3,72 TRY/USD olan məzənnə daha 4% geriləyərək 3,57-yə düşüb.
"Report"un analitik qrupu müsbət trendin bu gün sona çatacağını və maliyyə bazarlarının sabitləşəcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bi-st-100-indeksi-rekord-hedde-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR