Bunları etməyin, uşaq sahibi ola bilməyəcəksiniz

Məhsuldarlıq və qadın sağlamlığı üzrə mütəxəssis Emma Cannon kişilərdə sonsuzluğa səbəb olan davranışları açıqlayıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, araşdırmalara görə, istilik, kompyuteri qucaqda tutmaq, həddindən artıq idmanla məşğul olmaq, sauna və s. spermanın keyfiyyətini aşağı salır.

Bütün araşdırmalar yalnız uşaq sahibi olmaq üçün cinsi əlaqədə olmağın əks təsir yaradacağını sübut edib. Hamilə qalmaq üçün yumurtalama dövrünü nəzərə almaq əvəzinə, mütəmadi olaraq cinsi əlaqəyə girmək lazımdır. Bununla spermanın təsiri də artır.

Həddindən artıq alkoqol istifadəsi və narkotik maddələr kişinin cinsi gücünə mənfi təsir edir. Aparılan araşdırmalarda alkoqol istifadə edən kişilərin sperma səviyyəsi çox aşağı olub.

Çex Respublikasında aparılan araşdırmalarda, hava çirkliliyi nisbəti yüksək olan bölgələrdə yaşayan kişilərin spermalarının zərər gördüyü məlum olub. Ekoloji toksinlərdən uzaqlaşmaq istəyirsinizsə, evinizdəki toksik məhsullardan xilas olmağa çalışın. Yumşaq plastiklərin yerinə təbii maddələr istifadə edin. Plastik qablarda olan “Bisfenol AN”ın spermanın keyfiyyətini saldığı və cinsi funksiyaya mənfi təsir etdiyi bildirilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR