Bu yollardan keçməsəniz yaxşıdır...

Bu yollardan keçməsəniz yaxşıdır...
11:52 25 Aprel 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu gün səhər 11:00-dan etibarən  Nəsimi rayonu, Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev  sarayının arxası) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, görülən işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Bu gün saat 22:00-dan etibarən isə anoloji işlər Nəsimi rayonunda Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR