“Kapital Bank” İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olub

“Kapital Bank” İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olub
11:57 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ “Kapital Bank” ASC Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olub.
Bankdan “Report”a verilən məlumata görə, bununla bağlı oyunların Əməliyyat Komitəsi ilə tərəfdaşlıq müqaviləsi imzalanıb.
İmzalanma mərasimində “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov iştirak ediblər.
“Son illər ərzində Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, mötəbər idman yarışları keçirilir. Bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da belə tədbirlər sırasındadır. “Kapital Bank” olaraq belə tədbirə dəstək göstərməkdən qürur duyuruq. Əminliklə söyləmək olar ki, I Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək, qonaqların və iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq”, - deyə R.Allahverdiyev bildirib.
Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən multi-idman tədbiridir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kapital-bank-i-slam-hemreyliyi-oyunlarinin-resmi-terefdasi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR