"Azərsığorta"nın Tovuz filialının direktorunu öldürən şəxs tutuldu

"Azərsığorta"nın Tovuz filialının direktorunu öldürən şəxs tutuldu
11:58 25 Aprel 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi (DİN) "Azərsığorta" dövlət şığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanın qətli ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 22-də Tovuz şəhər sakini Vahid Bayramov Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 20-də bacısı Raya Bayramovanın evdən çıxmasını və geri qayıtmamasını bildirib.

Görülən tədbirlərlə R.Bayramovanın baş nahiyəsində xəsarəti olan meyiti müdiri olduğu Tovuz Dövlət Sığorta İdarəsinin inzibati binasında tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmin idarədə mühasib işləyən şəhər sakini Vidadi Vəliyev tutulub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/196378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR