Alimlərdən MARAQLI TƏCRÜBƏ: itlə insanı...

Alimlərdən MARAQLI TƏCRÜBƏ: itlə insanı...
12:03 25 Aprel 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

İtlər insanların fikrini oxuya bilir: nəinki dilə gətirdiyi, hətta beynindən keçən düşüncələri də oxuyur.

Publika.az xəbər verir ki, alimlər bir neçə təcrübədən sonra bu qənaətə gəliblər. Bunun üçün insanla iti bir otağa salaraq oraya iki oyuncaq yerləşdiriblər. Oyuncağın birini insan görmürmüş. İt üçün isə hər ikisini görünən yerə qoyublar. İnsan oyuncağı gətirməyi əmr edəndə it məhz onun gördüyünü gətirib. İnsan üzünü çevirib yenidən əmr edəndə isə it özünün gördüyü oyuncağı seçib.

Bundan başqa, alimlər deyirlər ki, itlər yaxınlıqdan keçən insanın düşüncələrini oxuyur, onlara nifrət edib-etmədiyini də ayırd edə bilirlər. Buna qədər isə yalnız xüsusi təlim keçmiş itlərin bu xüsusiyyətə malik olduğunu deyirdilər. Digər itlərin isə qoxu vasitəsilə onlardan qorxan insanı təyin etdiyi bildirilirdi.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/196379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR