Qatarın önündən çaya atılırlar - Yeni, qorxulu "dəb" - FOTO

Qatarın önündən çaya atılırlar - Yeni, qorxulu "dəb" - FOTO
12:05 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Hindistanda gənclər arasında yeni, çox təhlükəli dəb yaranıb.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, gənclər çaylar üzərindəki dəmiryol körpülərində durur, qatar yaxınlaşanda lokomotivin önündən çaya atılırlar. Bu zaman ani səhv faciəyə səbəb ola bilər.

Yeni "dəb"in mərkəzlərindən biri Hindistanın Qaziabad şəhərində, Yuxarı Qanq üzərindəki dəmiryol körpüsüdür.

Gənclər qatar yaxınlaşanda bu körpüdən çaya atılır, atılış anlarının fotolarını sosial şəbəkələrdə paylaşırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR