Olland erməniləri pərt elədi: “Qarabağ...”

Olland erməniləri pərt elədi: “Qarabağ...”
12:08 25 Aprel 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

Publika.az
“1in.am” saytına istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Olland Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həllinin tapılmasına səy göstərir.

“Bu münaqişə hər il gənc insanların həyatını alır. Son zamanlar, münaqişə daha da kəskinləşdi, sıx hücumlar oldu. Doğrudur, tərəflər artıq 23 ildən çoxdur ki, danışıqlar aparır, lakin həll variantı tapılmayıb, çünki status-kvo qəbuledilməzdir”, - deyə o bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağda mövcud status-kvonun qəbul edilməzliyini bütün beynəlxalq ictimaiyyət qeyd edir. Fransa prezidentinin ermənilərin qarşısında bunu bir daha dilə gətirməsi, xüsusilə bunun qondarma soyqırımı tədbirində deməsi onların ümidlərinin puça çıxması deməkdir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR