Allahşükür Paşazadə sabah Finlandiyaya gedəcək

Allahşükür Paşazadə sabah Finlandiyaya gedəcək
12:11 25 Aprel 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya gedəcək.
QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd aprelin 27-də Helsinki şəhərində "Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda keçiriləcək konfransda iştirak etməkdir. Azərbaycanın Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər.
Səfər çərçivəsində QMİ sədri Finlandiya baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri xanım Anna-Kaisa Heikkinen, xarici işlər nazirinin müavini Samuli Virtanen, Finlandiya parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və bu ölkənin təhsil və mədəniyyət nazirinin müavini Zabrina Holmström ilə görüşəcək.
A.Paşazadənin səfər müddətində Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə də görüşü nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/din/allahsukur-pasazade-sabah-finlandiyaya-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR