Rusiyada terror aktlarının sayı artıb

Rusiyada terror aktlarının sayı artıb
12:12 25 Aprel 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Rusiyada "terror hücumu" maddəsi ilə qeydə alınan cinayətlərin sayı 2016-cı ildə 25-ə çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya baş prokuroru Yuri Çaykanın ölkədə qanun və asayiş barədə hesabatında məlumat verilib.
"Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi üzrə (terror aktı) qeydə alınan cinayətlərin sayı 8-dən 25-dək artıb. Eyni zamanda, belə aktların 72%-nin qarşısı hüquq-mühafizə orqanları tərəfindən təhdid, hazırlanma və cəhd mərhələlərində alınıb", - hesabatda deyilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-terror-aktlarinin-sayi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR