Venesuelada ÜSYAN: ölənlərin sayı 24-də çatdı

Venesuelada ÜSYAN: ölənlərin sayı 24-də çatdı
12:13 25 Aprel 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Venesuelada prezident Nikolas Maduraya qarşı etiraz aksiyaları davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Baş prokurorluğun məlumatına görə, dünən baş verən qarşıdurmalarda daha üç nəfər həlak olub.

Bununla da qarşıdurmalarda ölənlərin sayı 24 nəfərə çatıb, yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, prezident ötən gün konkret tarix açıqlamasa da, daha əvvəl təxirə salınmış bələdiyyə seçkilərini keçirməyə hazır olduğunu elan edib. Venesuela prezidenti həmçinin, hökumət və müxalifət arasında dialoqun yenilənməsinə hazır olduğunu deyib. Əvvəlki danışıqlar Vatikanın vasitəçiliyi ilə aparılırdı. Amma danışıqlar ötən ilin dekabrında nəticəsiz başa çatıb. Hakimiyyət növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını qəti surətdə istisna edir.

Artıq bir neçə aydır ki, Venesuela dərin siyasi böhrandadır. Mühafizəkar və sağ müxalifət dövlət başçısını ciddi iqtisadi problemlərdə ittiham edir. Müxalifət Maduronun prezident postundan kənarlaşdırılması haqqında referendumun keçirilməsini tələb edir. Prezidentin səlahiyyət müddəti 2018-ci ildə başa çatır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR