BƏƏ Gənclər və İdmanın İnkişafı Baş İdarəsinin işçisi "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

BƏƏ Gənclər və İdmanın İnkişafı Baş İdarəsinin işçisi "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
12:16 25 Aprel 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Gənclər və İdmanın İnkişafı Baş İdarəsinin Beynəlxalq proqramlar üzrə koordinatoru Moataz Elnour “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulması barədə bəyanat verib.
Sülh Platformasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bəyanatda deyilir:
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tam dəstəkləyirəm. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə edirəm. Həmçinin, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulayıram. Eləcə də münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. 
Ermənilər və azərbaycanlılar əsrlər boyu sülh içində yaşayıblar. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm.
Qeyd etdiyim səbəblərə görə mən bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/bee-gencler-ve-i-dmanin-i-nkisafi-bas-i-daresinin-iscisi-ermenistan-azerbaycan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR