Bakıda qıcolmadan öldüyü bildirilən şəxsin avtomobillə vurulduğu MƏLUM OLDU

Bakıda qıcolmadan öldüyü bildirilən şəxsin avtomobillə vurulduğu MƏLUM OLDU
12:17 25 Aprel 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qıcolma ilə xəstəxanaya daxil olaraq orada ölən şəxsin yol qəzasında aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "QazEL" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR