İşıq idarələrinə xüsusi tapşırıq verildi - FOTO

İşıq idarələrinə xüsusi tapşırıq verildi - FOTO
12:22 25 Aprel 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərişıq" ASC-də IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıqlarla bağlı iclas keçirilib. İclasda idman tədbiri ilə əlaqəli bütün məsələlər yenidən müzakirə olunub.

"Azərişıq" ASC-dən Milli.Az-a verilən əmlumata görə, IV İslam Həmryliyi Oyunlarına son hazırlıqlarla bağlı səhimdar cəmiyyətin sədri Baba Rzayevin rəhbərliyi ilə növbəti toplantı keçirilib. Baba Rzayev bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilmiş yekun iclasında idman tədbirlərinə hazırlıq işlərinin gedişi müzakirə olunub və əlaqədər təşkilatların qarşısına çox ciddi məsələlər qoyulub. O cümlədən, "Azərişıq" ASC qarşısında da çox böyük öhdəliklər var.

İclasda qeyd olunub ki, 12-22 may tarixlərində Bakıda keçiriləçək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmliliyini nəzərə alan "Azərişıq" ASC uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirib.  İslam Həmrəylik Oyunlarının keçiriləcəyi ərazilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə bağlı  2017-ci ilin yanvarında rəhbərlik tərəfindən müvafiq əmr və sərəncamlar imzalanıb. Həmin sərəncamların icrası ilə əlaqədar idman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, qonaqların yerləşdiriləcəyi mehmanxanaların, habelə  ictimai iaşə, mədəniyyət, əyləncə və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama-sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilmiş qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və sözügedən obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda vəziyyətlə bağlı İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb. Artıq sözügedən obyektlərdə qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlərin, eyni zamanda tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün "Azərişıq" ASC-nin sədrinin əmrinə əsasən, yarışların hazırlıq dövründə görülən işlərin əlaqələndirilməsi məqsədi ilə Səhmdar Cəmiyyəti üzrə Mərkəzi Qərargah da yaradılıb, məsul şəxslər cəlb olunmaqla tam əhatəli Tədbirlər Planı hazırlanıb. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələrində qurlaşdırılan rele mühafizəsi, avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, aidiyyati üzrə göndərilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin  təkrar treninqlərə cəlb olunması təmin edilib. İclasda qeyd olunub ki, idman tədbirinə hazırlıq dövründə və yarışların keçiriləcəyi günlərdə elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək bütün məsələlərin operativ həll olunması üçün Azərbaycan IV İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili məqsədi ilə "Azərişıq" ASC-də xüsusi qrup da yaradılıb.

İclasda oyunların keçiriləcəyi 16 idman obyektini 25 yarımstansiya və 12 transformator məntəqəsi elektrik enerjisi ilə təmin edəcəyi də bildirilib. Qeyd edilib ki, hazırlıqla bağlı ASC-nin 292 əməkdaşının may ayının 10-a qədər təlim keçəcəklər. Artıq idman yarışlarının və məşqlərinin keçiriləcəyi yerlər və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti tam yoxlanılıb. Elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilən qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və həmin obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda vəziyyətlə bağlı İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb.

İclasın sonunda "Azəriçıq"ASC-nin sədri Baba Rzayev iclas iştirakçılarına tapşırıq verib ki, qarşıdakı qısa vaxt ərzində bütün məsələlərə bir daha diqqətli yanaşılmalı, ən xırda qüsurlar belə nəzərdən qaçırılmamalıdır: "Bu vaxta qədər Bakı bir şox irimiqyaslı idman turnirlərinin,o cümlədən dünya və qitə çempionatlarının təşkilatçısı olub. İndiyədək Bakıda keçirilmiş beynəlxalq idman yarışlarının təşkili prosesində heç vaxt hansısa problem qeydə alınmayıb. Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmiz üçün vacib olan İV İslam Həmrəyliyi oyunları ən layiqli səviyyədə keçiriləcəkdir," - o, əminliyini bildirib.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR