“Goranboy Gips” səhmdarlarına hesabat verəcək

“Goranboy Gips” səhmdarlarına hesabat verəcək
12:26 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ İyunun 9-da, saat 11:00-da “Goranboy Gips” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, 13 ünvanında yerləşən ofisində olacaq.
Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyətinin müzakirə edilməsi, illik maliyyə hesabatının təsdiq edilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Goranboy Gips” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 144 min manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/goranboy-gips-sehmdarlarina-hesabat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR