"Real" Zidanı göndərsə, onu gətirməyi planlaşdırır

"Real" Zidanı göndərsə, onu gətirməyi planlaşdırır
12:32 25 Aprel 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" rəhbərliyi Zidanı əvəzləyə biləcək baş məşqçi axtarır. Klub bu mövsüm Çempionlar Liqası və La Liqada qalib olmasa, fransalı mütəxəsislə yollarına ayrılacağı gözlənilir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi postuna namizədlər arasında Yoahim Löv, Antonio Konte və Maurisio Poçettinonun adı göstərilir. 2016-cı ilin oktyabrında Almaniya Futbol Federasiyası Lövlə müqavilənin müddətini 2020-ci ilə kimi uzatmışdı. Ötən mövsüm "Real" Zidanın rəhbərliyi ilə Çempionlar Liqası və UEFA Superkubokunu qazanmış, dekabrda isə Klublarası dünya çempionatının qalibi olmuşdu. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR