İnnovativ virtual reallıq kamerası nümayiş olunub

İnnovativ virtual reallıq kamerası nümayiş olunub
12:35 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

“Google” Çinin “Yi Technology” şirkətinin iştirakı ilə 360 dərəcəlik və virtual reallıq videosunun çəkilişi üçün yeni kamera hazırlayıb. “Yi Halo” tərkibinə stereoskopik videonu “8K” təsvir ölçüsündə saniyədə 30 kadr və ya “5.8K” formatında saniyədə 60 kadr sürətində çəkən 17 kameranın daxil olduğu qurğudur.   
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, qiyməti 18 min dollar təşkil edəcək yeni kamera ilk növbədə kinorejissor və video çəkilişi ilə məşğul olan digər peşəkarlar üçün nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, 16 “GoPro” kamerasından istifadə edən “Google Jump” sferik kamerasının qiyməti 8 min dollardan başlayır.
 
Qurğu kompleksində modifikasiya edilmiş “4K” formatlı kameralar tətbiq edilib. “Facebook” şirkətinin 25 min dollarlıq “Surround 360” kamerasından fərqli olaraq “Yi Halo” qurğusunda istifadəçinin başı üzərində yerləşərək 360 dərəcəlik çəkilişi təmin edən daha bir kamera quraşdırılıb. Həmçinin, qurğu üçün süni üfüqi xətti idarə etməyə imkan verən mobil proqram təklif olunur.
 
Mayın 22-dən etibarən məhdud sayda istifadəçilərin əldə edə biləcəkləri ilk 100 “Yi Halo” kamerasını virtual reallıq formatında çəkilişlər aparan kino istehsalçılarına təqdim etmək nəzərdə tutulur.
 
Nizam Nuriyev
 




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47386-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR