“Azərişıq”da İslam Həmrəyliyi Oyunlarına son hazırlıqlarla bağlı iclas keçirilib

“Azərişıq”da İslam Həmrəyliyi Oyunlarına son hazırlıqlarla bağlı iclas keçirilib
12:41 25 Aprel 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ IV İslam Həmryliyi Oyunlarına son hazırlıqlarla bağlı “Azərişıq” ASC-də sədr Baba Rzayevin rəhbərliyi ilə növbəti toplantı keçirilib. Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
İclas zamanı B.Rzayev bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş yekun iclasında idman tədbirlərinə hazırlıq işlərinin gedişi müzakirə olunub və əlaqədər təşkilatların qarşısına çox ciddi məsələlər qoyulub. O cümlədən, “Azərişıq” qarşısında da çox böyük öhdəliklər var.
İclasda qeyd olunub ki, 12-22 may tarixlərində Bakıda keçiriləçək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmliliyini nəzərə alan “Azərişıq” uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirib. İslam Həmrəylik Oyunlarının keçiriləcəyi ərazilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə bağlı 2017-ci ilin yanvarında rəhbərlik tərəfindən müvafiq əmr və sərəncamlar imzalanıb. Həmin sərəncamların icrası ilə əlaqədar idman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, qonaqların yerləşdiriləcəyi mehmanxanaların, habelə ictimai iaşə, mədəniyyət, əyləncə və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama-sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilmiş qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və sözügedən obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb. Artıq sözügedən obyektlərdə qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür.
İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlərin, eyni zamanda tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq" sədrinin əmrinə əsasən yarışların hazırlıq dövründə görülən işlərin əlaqələndirilməsi məqsədi ilə Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah da yaradılıb. Məsul şəxslər cəlb olunmaqla tam əhatəli Tədbirlər Planı hazırlanıb. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yaımstansiya və transformator məntəqələrində qurlaşdırılan rele mühafizəsi, aftomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, adiyyəti üzrə göndərilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin təkrar treninqlərə cəlb olunması təmin edilib. Iclasda qeyd olunub ki, idman tədbirininə hazırlıq dövründə və yarışların keçiriləcəyi günlərdə elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək bütün məsələlərin operativ həll olunması üçün Azərbaycan IV İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili məqsədi ilə “Azərişıq” ASC-də xüsusi qrup da yaradılıb.
Oyunların keçiriləcəyi 16 idman obyektini 25 yarımstansiya və 12 transformator məntəqəsi elektrik enerjisi ilə təmin edəcəyini bildirən Texniki Departamentin direktoru çıxışı zamanı hazırlıqla bağlı ASC-nin 292 əməkdaşı may ayının 10-a qədər təlim keçəcəklərini qeyd edib. Artıq idman yarışlarının və məşqlərinin keçiriləcəyi yerlər və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti tam yoxlanılıb. Elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilən qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və həmin obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb.
İclasın sonunda “Azəriçıq”ASC-nin sədri B.Rzayev iclas iştirakçılarına tapşırıqları əsasında qarşıdakı qısa vaxt ərzində bütün məsələlərə bir daha diqqətli yanaşılmalı, ən xırda qüsurlar belə nəzərdən qaçırılmamalıdır.Bu vaxta qədər Bakı bir şox irimiqyaslı idman turnirlərinin,o cümlədən dünya və qitə çempionatlarının təşkilatçısı olub. İndiyədək Bakıda keçirilmiş beynəlxalq idman yarışlarının təşkili prosesində heç vaxt hansısa problem qeydə alınmayıb. 




Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azerisiq-da-i-slam-hemreyliyi-oyunlarina-son-hazirliqlarla-bagli-iclas-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR