Tramp Kanada dollarını çökdürüb

Tramp Kanada dollarını çökdürüb
12:41 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın Kanadadan idxal olunan ağac məmulatlarına vergi tətbiq etmək qərarını elan etməsindən sonra Kanada dolları kəskin ucuzlaşaraq ötən ilin dekabr ayındakı minimuma enib. "Report" "CNBC"yə istinadən xəbər verir ki, dünən, aprelin 24-də D.Tramp Kanadadan idxal olunan ağac məmulatlarına 20%-lik gömrük rüsumu tətbiq etməyi qərarlaşdırıb. Bunu ölkənin ticarət naziri Uilbur Ross (Wilbur Ross) bildirib.
Kanadanın 2015-ci ildə ABŞ-a 6,37 mlrd. ABŞ dolları həcmində ağac materialları ixrac etdiyi bildirilir. Ümumiyyətlə, Kanadanın ABŞ-a 2015- ci ildə ixracı 325,4 mln. dollar təşkil edib. Dünən, ABŞ Ticarət Palatasının baş icraçı direktoru Tomas Donohyu (Thomas Donohue) qeyd edib ki, ABŞ, Meksika və Kanada 2018-ci ilin ortalarında Şimali Amerika azad ticarət anlaşması (NAFTA) üzrə razılığa gələ bilərlər. Xatırladaq ki, Tramp prezident seçkiləri ərəfəsində NAFTA-dan imtina edəcəyini açıqlasa da, hazırda bu istiqamətdə yumşalma müşahidə edilir.
"Report"un analitik qrupu ABŞ tərəfindən dünyanın bir çox ölkəsinə proteksionist qərarlar tətbiq etməyə başlaması proqnozlaşdırılır. Bu qərarların 2018-ci ildən daha da sürətlənəcəyi və dünya ticarətinin həcmini azaldacağı ehtimal edilir ki, nəticədə, yeni maliyyə böhranının yaranması qaçılmaz olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/tramp-kanada-dollarini-cokdurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR